Tarixi dəyişdirən uğursuzluq




Orta məktəb illərində dərslərindən çətinlik çəkən Adolf Hitler meylini rəsm çəkməyə salır. 17 yaşındakı gənc Adolf ilk dəfə gəldiyi Vyana şəhərindən çox təsirlənir. Vyana sənət və mədəniyyətin qəlbidir. Operalar, baletlər, konsertlər, teatrlar, rəsm əsərləri… Ətrafına heyran-heyran baxarkən, divardakı elana gözü sataşır: Vyana Sənət Akademiyasının rəsm bolməsinə seçimlər. Özünə və rəsm çəkmək qabiliyyətinə güvənən Adolf, dərhal seçmələrdə iştirak edir. 110 nəfər arasında seçilən 33 namizəddən biri olaraq 2-ci mərhələyə keçməyə haqq qazanır. Amma 10 qəbul edilən namizədlər arasında adı açıqlanmayan Adolf, böyük xəyal qıırıqlığıyla akademiyanın müdirinin otağına gəlir, niyə seçilmədiyinin səbəbini soruşur. Çəkdiyi rəsmlərin sərtliyinin qabarıq göründüyünü və istedadının məhdud olduğu cavabını alır.
Buna baxmayaraq o, bu həvəsindən əl çəkmir, gələn il də bu seçimlərdə iştirak edir. Bu dəfə də Adolfu imtahana qəbul etmirlər.
Bu zamanlarda maddi vəziyyəti ağırlaşan Adolf, çətinliklərlə rastlaşır. Pulu qurtarandan sonra qalmağa yeri olmayan bu gənc, bir kilsənin sığınacağında yaşamağa başlayır və bir tərəfdən də pul qazanmağın yollarını axtarır. O, gah çamadan daşıyır, bəzən də dilənirdi. Sonra birdən, çəkdiyi rəsmləri turistlərə satmaq fikri ağlına gəlir. Adolf bu vaxt ərzində rəssamlıq bacarığını bir az da təkmilləşdirir. Son dəfə də sənət akademiyasına qəbul olunmaq şansını sınaqdan keçirən Adolf, yenə qəbul olunmur. 5 ildən çox Vyanada rəssam olmaq üçün səfil həyatı keçirən bu gənc, o şəhərdən ayrılarkən, rəssamlıq xəyallarını da orda buraxır.

Bu şəkillər isə Adolf Hitlerə məxsusdur. 







Hiç yorum yok:

Yorum Gönder