12/23/2013

ADPU - nun dünəni, bu günü, sabahı ...

Yusif Əbülfət oğlu Məmmədov,
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi, fizika-riyaziyyat elmlər doktoru, professor

Fəaliyyətlərinə Ümummilli liderimiz Heydər Əliyevin yüksək dəyər verdiyi Azərbaycan müəllimləri, həqiqətən də, çox şərəfli və ləyaqətli yol keç-miş, müstəqil respublikamızın intellektual potensialının forınalaşmasında böyük əmək sərf etmişlər. Yüksəkixtisaslı pedaqoji kadr hazırlığında 90 il şərəfli inkişaf yolu keçmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin və onun məzunlarının xüsusi payı vardır. Bu illər ərzində Pedaqoji Universitet böyük inkişaf yolu keçmiş, zəngin ənənələrə malik şöhrətli elm və tədris ocağına çevrilmişdir. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz burada təşəkkül tapmış, inkişaf edərək indiki yüksək səviyyəsinə çatmışdır.

Azərbaycan XKS-nin sədri N.Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə milli dildə fəaliyyətə başlayan bu ilk ali pedaqoji təhsil ocağı yeni təşkil olunan I və II dərəcəli məktəbləri yüksəkixtisaslı pedaqoji kadrlarla təmin etmək məqsədilə yaradılmışdı. Fəaliyyəti dövründə institut bu missiyanı şərəflə yerinə yetirdi, 150 minə yaxın müəllim kadrları hazırladı, bir çox ixtisaslar üzrə elmi-pedaqoji kadr hazırlığının mərkəzinə çevrildi.
İnstitut tədris və elmi-pedaqoji fəaliyyətində müxtəlif çətinliklərlə qarşılasınalı oldu: iki dəfə (1927-1929 və 1941-1943-cü illərdə) öz fəaliyyətini dayandırdı, Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Lakin o, bütün çətinliklərdən şərəflə çıxaraq Azərbaycanda milli mədəniyyətin, elmin və təhsilin inkişafında xüsusi xidmətləri olan müəllim kadrları yetişdirınəklə, millətin mənəvi potensialının forınalaşmasında önəmli rol oynadı.
İnstitutun forınalaşmasına və inkişafına Azərbaycan hökumətinin başçısı N.Nərimanov, Xalq maarif komissarı D.X.Bünyadzadə, dövrün görkəmli ziyalıları M.Quliyev, Ü.Hacıbəyli, V.Xuluflu, Ə.Übeydulin, B.Çobanzadə və b. yaxından köməklik göstərdilər. Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli institutun direktoru, Tiflis Müəllimlər İnstitutunu bitirıniş Həbib bəy Mahmudbəyov direktor müavini vəzifəsinə təyin olundular.
Sonralar direktor vəzifəsində çalışan M.Əfəndiyev, H.Mahmudbəyov, Ş.Manafov və C.Məmmədzadə Pedaqoji İnstitutun təşkilatca möhkəmlənınəsinə, kollektivin tədris və elmi fəaliyyətinin tənzimlənınəsinə xeyli qüvvə sərf etdilər. Onların həyata keçirdikləri əməli tədbirlər yeni təhsil müəssisəsinin maddi-texniki bazasının qurulub-möhkəmləndirilməsinə, fakültə və şöbələrin elmi-pedaqoji kadrlarla təmin edilməsinə, fəhlə və kəndli gənclərin ali təhsil almasına şərait yaratdı. Qərbi Avropa, Rusiya, Türkiyə və Şərqin bir sıra tədris və elm mərkəzlərində təhsil alan yüksəkixtisaslı milli kadrlar burada pedaqoji fəaliyyətə cəlb edildilər. Onlara öz bilik və bacarıqlarını tədris prosesinə tətbiq etmələri üçün münasib şərait yaradıldı.
Azərbaycanda pedaqoji kadrların hazırlanınasını yaxşılaşdırınaq və ali məktəblərdə vahid rəhbərliyi təmin etmək məqsədilə Azərbaycan XKS 1926-cı ilin iyun ayının 16-da «Ali pedaqoji institutlarını yenidən təşkili haqqında» qərar qəbul etdi. Həmin qərara uyğun olaraq, Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları Bakı Universitetinin Pedaqoji fakültəsinə birləşdirildi. BDU-nun Pedaqoji fakültəsi səmərəli fəaliyyət göstərınəsinə baxmayaraq, ali təhsilli pedaqoji kadrlara olan ehtiyacı ödəyə bilmədi. Ona görə də Pedaqoji fakültənin bazası əsasında müstəqil ali təhsil ocağının -APİ-nin yenidən yaradılması planlaşdırıldı. Respublikada ali pedaqoji təhsilin təzədən qurulmasında uğurlu addımlar atıldı. P.Qasımov instituta direktor, prof. B.B.Komarovski isə direktor müavini təyin edildilər. Bakı Dövlət Universiteti müvəqqəti olaraq öz fəaliyyətini dayandırdı. Universitetin Pedaqoji fakültəsində çalışan tanınınış alimlərin əksəriyyəti ADPİ-yə müəllimliyə cəlb olundular.
30-cu illərdə və 40-cı illərin əvvəllərində APİ-də təşkilati məsələlərin həllində, tədris və elmi-tədqiqat işlərinin düzgün qurulmasında direktor vəzifəsində çalışan P.Qasımovun, M.Bayramovun, B.Bünyadovun, M.Məmmədovun, D.Rəsulzadənin böyük xidmətləri oldu. Onların fəaliyyət göstərdikləri dövr tariximizin çox mürəkkəb, ziddiyyətli və faciələrlə dolu bir mərhələsidir. Sərt və ciddi qanunların tətbiqi ilə səciyyələnən həmin dövrdə Pedaqoji İnstitutda təhsilin tamamilə siyasiləşdirilməsi, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin təlimi ali pedaqoji təhsilin inkişafında demokratik ənənələrin inkişafını ləngitməklə, yeni, arzuolunınaz istiqamətin forınalasınasına zəmin yaratdı. 30-cu illərdə başlanan repressiya dalğası bir çox Azərbaycan ziyalıları kimi Pedaqoji İnstitutun da ən yaxşı müəllimlərinin cisınən məhv olmasına və ya sürgünə göndərilməsinə səbəb oldu. APİ-nin kafedralarına rəhbərlik edən milli kadrlarla yanaşı, bəzi görkəmli rus alimləri də sıradan çıxarıldı və Onların yerinə maneəsiz olaraq erınənilər yerləşdirildi.
Böyük Vətən müharibəsinin ilk illərində APİ-nin maliyyə imkanları tükəndi, tələbə və müəllim heyətinin vəziyyəti ağırlaşdı. Ona görə də Azərbaycan XKS və Azərbaycan K(b)P MK-nın qərarı ilə institut ADU ilə birləşdirildi. Müharibənin gedişində əsaslı dönüş yarandıqdan sonra APİ Universitetin tərkibindən ayrıldı və müstəqil ali təhsil ocağı kimi fəaliyyətə başladı. Bu dövrdə instituta rəhbərlik ardıcıl olaraq A.Abdullayev, M.Ələkbərli və Ə.Seyidova həvalə edildi. APİ-nin yenidən qurulması onun maddi-texniki bazasının xeyli möhkəmlənınəsinə, tələbələrin sayının artmasına imkan verdi. Cəbhədə həlak olan müəllimləri əvəz edə biləcək elmi-pedaqoji kadrlar hazırlamaq məqsədilə məqsədyönlü işə başlandı.
50-70-ci illərdə tanınınış elm və maarif xadimləri - C.X.Hacıyev, M.Mehdizadə, H.Qədirov, C.Ələsgərov, M.Vəkilov, M.Əliyev, Ş.Ağayev APİ-nin direktoru (rektoru) vəzifəsində çalışdılar.
50-60-cı illərdə M.Muradxanov, Ə.Zəkuzadə və Ə.Əbdülrəhmanova professor elmi adının verilməsi, prof. A.Abbaszadənin RSFSR PEA-nın müxbir üzvü, M.Mehdizadənin SSRİ PEA-nın həqiqi üzvü seçilməsi fərəhli elmi fakt və hadisə kimi gənc elmi kadrların inkişafına təkan verən əsas amilə çevrildi.
Qeyd etmək yerinə düşər ki, SSRİ PEA-nın həqiqi və müxbir üzvü seçilən azərbaycanlı alimlərin hamısı (Mehdi Mehdizadə, Abbasqulu Abbaszadə, Hüseyn Əhmədov, Sədi İmanov) ADPU-nun əməkdaşları olmuşlar.
Sov.IKP MK-mn Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev V.I.Lenin adına API-nin yaradılmasının 50 illiyinə həsr olunınuş təntənəli yığıncaqda çıxış edərkən (1973-cü il)
Ali pedaqoji təhsilin öncülü və bayraqdarı olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin 90 illik tarixinin bütöv bir mərhələsində (1969-1987 və 1993-2003-cü illər) qazanılan uğurlar bilavasitə Heydər Əliyevin unudulmaz adı və fəaliyyəti ilə bağlıdır. O, bir neçə dəfə Pedaqoji Universitetdə olmuş, professor-müəllim və tələbə kollektivinə çox dəyərli tövsiyələr, məsləhətlər və göstərişlər verıniş, hər bir əməkdaşın arzu və istəkləri ilə maraqlanınışdır. Onun dəyərli tövsiyələri universitetimizdə təhsil-tərbiyənin səmərə və keyfıyyətinin yüksəldilməsində, qəbul imtahanlarında obyektivlik və ədalətin bərqərar edilməsində, nöqsanların aradan qaldırılmasında, gənclərin ictimai fəallığının artırılmasında, yüksək səviyyəli, elmi və pedaqoji kadr hazırlığında həlledici rol oynamışdır.
Ulu öndərin APİ-nin 60 illik yubileyi ilə bağlı təntənəli mərasimdə «Azərbaycan Dövlət Pedaqoji Institutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərıniş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir» -cümlələri ilə verdiyi qiymət institut əməkdaşlarının sonrakı fəaliyyətinə yeni ruh gətirıniş və böyük impuls verınişdir.
70-80-ci illərdə institutda tədris və elmi fəaliyyətin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı müəllim kadrlarının hazırlanınası, maddi-texniki bazanın genişləndirilməsi, yeni tədris korpusları və tələbə yataqxanalarının tikilməsi istiqamətində konkret tədbirlər həyata keçirildi. ADPU-nun rəhbərliyi dəyişdirildi. Əvvəlcə Haşım Ağayev, sonra Afad Qurbanov instituta rektor təyin olundular.
80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkədə baş verən ictimai-siyasi şərait, hakimiyyət uğrunda gedən savaşlar, erınənilərin işğalçılıq siyasəti tədris prosesində və elmi-tədqiqat işlərində geriləməyə səbəb oldu. Ölkəmizə erınəni-sovet hərbi qruplasınalarının təcavüzü, ölkə daxilində isə hakimiyyət uğrunda mübarizə aparan səriştəsiz müxalifət qruplarının, konstitusiyaya zidd üsullarla hakimiyyətə yiyələnınək təşəbbüsləri nəticəsində ölkədə intizam pozuldu. Bütün bunlar ADPU-da norınal tədris fəaliyyətinə maneçilik törədirdi. Belə çətin bir şəraitdə Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə gəldi və «öz ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» -söyləməklə müasir Azərbaycan dövlətini qurınaq missiyasını həyata keçirınəyə başladı. Ölkədə alovlanınaqda olan vətəndaş müharibəsinin qarşısnıı aldı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoydu, ölkədə möhkəm daxili sabitlik təmin edildi. Erınənilərlə hərbi qarşıdurınada tarazlığa nail olundu, hərbi əməliyyatlar dayandırıldı, münaqişəni dinc yolla aradan qaldırınaq üçün ilkin şərait yarandı. Qonşu dövlətlərlə yaranınış gərginlik tədricən aradan qaldırıldı. Ölkədə və cəbhədə yaranınış sabitlik və Heydər Əliyevə inam nəticəsində dünyanın ən iri neft şirkətləri ilə «Əsrin müqaviləsi» imzalandı. Respublikada irimiqyaslı sosial-iqtisadi problemlərin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyev böyük siyasi məharətlə Azərbaycanı, dövlətçiliyimizi, müstəqilliyimizi hədələyən bütün bəlaları dəf etdi, iqtisadiyyatımızın, beynəlxalq əlaqələrimizin, milli birliyimizin möhkəm özülünü quraraq bizlərə əmanət etdi. Cəmiyyətin bütün potensialı mənəvi-psixoloji, sosial-iqtisadi mühitin sağlamlaşmasına, millətin tərəqqisinə, intibahına və inkişafına yönəldi. Bütün tədris və elm müəssisələri kimi ADPU-nun da səmərəli fəaliyyəti üçün geniş şərait yarandı.
Azərbaycan Dövlət Pedaqoji Universiteti 90-cı illərdən sonra Azərbaycanda gedən bütün ictimai-siyasi proseslərin mərkəzində olmuş, sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında, dövlətin və dövlətçiliyin möhkəmləndirilməsində vətəndaşlıq mövqeyi nümayiş etdirınişdir. Pedaqoji Universitet ölkəmizdə ali pedaqoji məktəblər arasında Universitet statusu alan ilk tədris və elm ocağıdır.
Universitet statusu qazanan ADPU-ya 1989-1994-cü illərdə prof. Səlvər Ast anov, 1994-1996-cı illərdə prof. Nizami Xudiyev, 1996-2000-ci illərdə prof. Bəhlul Ağayev rəhbərlik etdilər.
2006-cı ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Universitetin rektoru vəzifəsinə mən təyin olundum.
İşimizi Boloniya prosesinin prinsiplərinə uyğun olaraq yeni standartların tələbləri gözlənilməklə ali pedaqoji təhsilin məzmununun zamanın tələblərinə uyğun qurulması, keyfiyyətin yüksəldilməsi, şəfaflıq və ədalətlilik prinsiplərinin təmin olunınası, maliyyələşdirınə və idarəolunınanın təkmilləşdirilməsi, əməkdaşlığın və beynəlxalq əlaqələrin genişləndirilməsi, pedaqoji kadr hazırlığında yeni modellərin tətbiqi sahələrinə yönəltməyə çalışdıq və hesab edirəm ki, bu istiqamətdə universitetimizdə diqqətəlayiq nailiyyətlər qazanıldı. Bu uğurların əldə edilməsi, bütövlükdə təhsilimizlə, o cümlədən ali təhsilimizlə bağlı Respublika Prezidenti cənab İlham Əli-yevin rəhbərliyi ilə dövlətin müəyyənləşdirdiyi strategiya və konsepsiya, ölkədə həyata keçirilən təhsil islahatları, Prezident və onun Administrasiyası, Təhsil Nazirliyi tərəfindən göstərilən diqqət və qayğı, təhsildə qazanılan uğurların və buraxılan nöqsanların açıq müzakirə olunduğu yüksək səviyyəli müşavirələrdən çıxarılan nəticələr sayəsində mümkün olmuşdur. Etiraf etmək lazımdır ki, çatışmazlıqlar da yetərincədir, dövlətin gözlədiyi səviyyəyə qalxmaq üçün hələ çox işlər görülməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi, sosial-iqtisadi, hüquqi islahatların həyata keçirilməsində, vətəndaş cəmiyyətinin qurulmasında, milli və Avropa dəyərlərinin bərqərar edilməsində, insan hüquqlarının və azadlıqlarının təmin olunınasında, demokratik təsisatların yaradılmasında, bazar iqtisadiyyatına keçid prosesində əldə edilən nailiyyətlərin mühüm bir hissəsi təhsilin payına düşür. Təhsil cəmiyyətin inkişafının özülünü təşkil etməklə yanaşı, həm də ölkənin təhlükəsizliyinin, sabitliyinin təmin edilməsində mühüm amil kimi çıxış edir. Hazırda təhsillə bağlı on altı inkişafyönümlü dövlət proqramının uğurla həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Təhsil Nazirliyində düşünülmüş proqram, konsepsiya vardır» -fikrinin real təsdiqidir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsilin infrastrukturu müasir tələblərə uyğun qurulmuş, təhsilin məzmunu yeniləşdirilmiş, «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli kurikulum)» təsdiq olunınuş, yeni dərslik siyasəti reallaşdırılmış, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilmiş, təhsil müəssisələri inforınasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmiş, təhsil sisteminin inforınasiyalaşdırılması, məktəbəqədər, texniki-peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de institutlaşdırına və digər bu kimi sahələrdə əhəmiyyətli nail iyyətlər əldə olunınuş, maddi dəyərlərdən əldə edilən kapital ölkədə insan kapitalının inkişafına yönəldilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təhsil, səhiyyə, elm və mədəniyyət sahəsində inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun, xüsusən onun prezidenti UNESCO-nun və ISESCO-nun xosınəramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fondun təşəbbüsü ilə «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, müasir avadanlıqla təchiz edilmişdir. Azərbaycan təhsilinin, elminin inkişafına, milli-mənəvi dəyərlərimizin qorunınasına, bütün dünyada təbliğinə önəmli töhfələr verən Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr, humanitar yönümlü proqramlar Azərbaycandan çox-çox uzaqlarda da böyük rəğbətlə qarşılanır. Xarici ölkələrdə (Pakistan, Rusiya, Fransa, Gürcüstan və s.) fondun vəsaiti hesabına inşa olunan məktəb binaları, təmir edilən mədəniyyət abidələri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin bariz nümunəsidir. Onun əsrlərin miras qoyduğu maddi və mənəvi dəyərləri yaşatmaq, təbliğ etmək miss iyası tarixi dəyərə malikdir.
2007-ci tədris ilində universitetimizin Kimya və Filologiya, 2008-ci  tədris ilində Biologiya və Fizika, 2008-2009-cu tədris ilində Pedaqoji, Tarix, Riyaziyyat, 2009-2010-cu tədris ilində Pedaqogika və psixologiya, Coğrafiya və çağırışaqədər hazırlıq, Mühəndis-pedaqoji və bədii qrafika fakültələrində Kredit Transfer Sisteminin tətbiqinə başlanılmış, kredit sisteminin tələblərinə cavab verən yeni tədris planları, fənlərin reyestri, tədris qrafıkləri, sillabuslar, fənlərin semestrlər üzrə bölgü-sünü göstərən sənədlər hazırlanınış, 40 nəfər tyutor hazırlanaraq tədris pro s sesinə cəlb olunınuşdur.
2008-ci tədris ilində universitetimizdə kompyuter mərkəzi təşkil edilmişdir. Müasir tələblərə cavab verən kompyuter mərkəzinin təşkili kollokviumların və imtahanların elektron test üsulu ilə keçirilməsinə şərait yaratmışdır. Belə ki, tələbələrin biliklərinin qiymətləndirilməsində bir çox qabaqcıl dünya universitetlərində uğurla tətbiq edilən «Elektron-test sistemi» layihəsi hazırlanıb müvəffəqiyyətlə sınaqdan çıxarılmışdır.
2007-ci tədris ilinin qış və yaz sessiya və buraxılış imtahanları universitet tarixində ilk dəfə olaraq elektron test üsulu ilə aparılmışdır. İmtahan pro-sesində 5 kompyuter sinfində olan 180 kompyuterdən istifadə edilir. İmtahanlarda şəffaflığı təmin etmək üçün hər bir kompyuter sinfində xüsusi vebkamera quraşdırılmışdır. Mərkəzdə qoyulmuş monitorlar vasitəsilə valideyn və ictimaiyyətin nümayəndələri imtahanın gedişini canlı izləyə bilirlər. Kollokviumların və imtahanların keçirilməsinə kameralar vasitəsilə tərəfimizdən ciddi nəzarət olunur.
Universitetin professor-müəllim və inzibati-köməkçi heyətinin kompyuter kurslarına cəlb edilməsi istiqamətində də iş aparılır. Universitetimiz üçün elektron dərsliklərin yaradılması, tədris resurslarının hazırlanınası, elektron kitabxananın, universitetin avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması istiqamətində işlər də tam ciddiyyəti ilə davam edir.
ADPU-nun foyesində Ulu öndər Heydər Əliyevin abidəsi
ADPU-da Ulu öndər Heydər Əliyevin xatirə muzeyi
ADPU-da "Heydər Əliyev Məktəbinin Lektoriyası"
Ulu öndər Heydər Əliyevin xatirəsini əbədiləşdirınək, onun nəzəri irsini öyrənınək, təbliğ etmək, gələcəyin müəllimlərini dövlətçiliyə sədaqət və azərbaycançılıq ruhunda tərbiyə etmək ADPU-nun professor-müəllim heyətinin ən ümdə vəzifələrindəndir. Heydər Əliyev irsində Vətən sevgisi, Azərbaycan sevgisi, azərbaycançılıq hissi, xalq, millət sevgisi, dil sevgisi, milli mədəniyyət sevgisi, insanın insana, insanın Vətəninə, xalqına, dövlətinə sədaqət hissi mühüm yer tutur. Bu irsin qorunınası və gələcək nəsillərə çatdırılması, hər bir gəncdə azərbaycançılıq hissinin forınalaşdırılması, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunınası ən vacib şərtlərdən biridir. Bu məqsədlə universitetimizdə geniş tədbirlər həyata keçirilmiş və keçirilməkdədir. Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq universitetimizin foyesində abidəsi qoyulmuş, nadir eksponatlarla təchiz edilən, professor-müəllimlərin, tələbələrin və Universitetimizin qonaqlarının ziyarət məkanına çevrilən Xatirə muzeyi yaradılmış, zəngin irsinin gənc nəslə çatdırılması məqsədilə «Heydər Əliyev Məktəbinin Lektoriyası» təşkil edilmişdir. Heydər Əliyevin nəzəri irsini dərindən öyrənınək məqsədilə universitetimizin professor-müəllim heyəti, magistr və doktorantları üçün xüsusi kurslar təşkil edilmişdir.
Hazırda universitetin 12 fakültəsində ali təhsilin bakalavr pilləsində 23 ixtisas üzrə 8000-dən artıq tələbə, magistratura pilləsində 11 istiqamət, 39 ixtisas üzrə 802 nəfər magistr təhsil alır. Onların təhsil-tərbiyəsi ilə 69 nəfər elmlər doktoru, professor, 380 nəfər elmlər namizədi, dosent, 330 nəfər müəllim və baş müəllim məşğul olur. Universitetimizdə fəlsəfə doktoru proqramı üzrə 28 nəfər doktorant, 42 nəfər dissertant, elmlər doktoru proqramı üzrə isə 30 nəfər doktorluq dissertasiyası üzərində çalışır.
Hazırda ADPU-da maddi-texniki bazanın möhkəmləndirilməsi, ali Pedaqoji təhsilin məzmununun təkmilləşdirilməsi, professor-müəllim və tələbə kollektivi arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparılır. Universitetimizdə müxtəlif ölkələrlə tələbə mübadiləsi və birgə elmi tədqiqatlar aparınaq, konfrans, konqres, simpozium keçirınək, beynəlxalq və regional təhsil proqramlarına qoşulmaq və onlarda fəal iştirak etmək istiqamətində uğurlu iş görülür. Fərəhli haldır ki, dünyanın tanınınış elm və tədris ocaqları ilə əməkdaşlarımızın əlaqəsi günbəgün genişlənir. Elə bunun nəticəsidir ki, universitetimizdə fransız və ingilis dili müəllimlərinin hazırlığına xüsusi fıkir verilir.

Əməkdaşlarımızın elmi tədqiqatlarının nəticələri Avropanın, Rusiyanın və Türkiyənin ən nüfuzlu elmi nəşrlərində çap edilir. Onların elmi yaradıcılıq nümunələrinin işıq üzü görınəsində respublika nəşriyyatları və elmi jurnalları ilə yanaşı, 3 seriyada nəşr olunan Azərbaycan Pedaqoji Universitetinin «Xə-bərlər»inin və «Təhsildə İKT» elmi-nəzəri jurnalının mühüm rolu vardır.

1958-ci ildən indiyə kimi universitetimizdə nəşr olunan «Gənc müəllim» qəzeti ADPU-nun elmi-mədəni həyatında baş verən hadisələrin fəal iştirakçısı və şərhçisi kimi fəaliyyətini davam etdirir. 1948-ci ildə yaradılan və müvafiq avadanlıqla təchiz edilən nəşriyyat şöbəsi proqram, metodik göstəriş və dərs vəsaitləri nəşr etməklə tələbələrin tədris ədəbiyyatına olan tələbatını ödəməyə çalışır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunınuş universitetimiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, elmi fəaliyyətin həm strukturu, həm də məzmununda əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verınişdir. Mövcud elmi-tədqiqat laboratoriyalarının maddi-texniki bazası gücləndirilmiş, zəruri avadanlıqla təchiz edilmiş, gerçəkliyə maksimum adekvat olan elmi nəticələrin alınınası üçün tədqiqat mövzuları müasir dövrün tələblərinə uyğunlaşdırılmış, «Türk odası» və «Dədə Qorqud» elmi-tədqiqat labora-toriyasının strukturunda əsaslı dəyişiklik edilmiş, yeni elmi-tədqiqat laboratoriyaları («Pedaqoji təhsilin problemləri», «Bioinforınatika») yaradılmışdır. Universitetimizdə professor-müəllimlərin, magistr və doktorantların apardıqları elmi-tədqiqat işləri daha çox pedaqoji təhsilin məz-mununun yeniləşdirilməsinə, pedaqoji kadr hazırlığının nəzəri və praktik məsələlərinin araşdırılmasına, yeni dərslik, dərs vəsaiti və metodik tövsiyələrin hazırlanınasına istiqamətlənınişdir. Elmi-tədqiqatların metodoloji bazasının məqsədyönlü istiqamətdə təkmilləşdirilməsi son illərdə elmi potensialın kəmiyyət və keyfiyyət artımına səbəb olmuşdur. 1990-cı illərin əvvəllərindən başlayaraq universitetin əməkdaşları yaxın və uzaq xaricdə müxtəlif konfrans və simpoziumlarda iştirak etmişlər. Əgər 1991-2000-ci ildə xarici ölkələrdə konfrans və simpoziumlarda 79 nəfər iştirak etmişdisə, 2001-2010-cu illərdə onların sayı 191 nəfər olmuşdur. Son illərdə ADPU-nun beynəlxalq əlaqələri xeyli genişlənıniş, müxtəlif ölkələrlə müəllim-tələbə mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq forum, konqres və simpoziumlarda iştirak, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulmaq və onların işində fəal iştirak etmək kimi istiqamətlərdə həyata keçirilən tədbirlərdə keyfiyyət dəyişikliyi xüsusi nəzərə çarpmaqdadır. Bu baxımdan ADPU ilə Türkiyənin Hacəttəpə Universiteti arasında yaradılmış pedaqoji və elmi istiqamətlərə söykənən əlaqələrin günü-gündən daha da gücləndiyini xüsusi qeyd etmək yerinə düşər. Türkiyənin Hacəttəpə Universitetinin nümayəndələri dəfələrlə universitetimizdə olmuşlar. Eləcə də ADPU-nun nümayəndə heyəti Hacəttəpə Universitetinin iş təcrübəsi ilə tanış olmaq üçün bir neçə dəfə Türkiyə Cümhuriyyətində olmuşdur. Hər iki universitetin əməkdaşlarının iştirakı ilə dörd dəfə beynəlxalq konfrans keçirilmişdir. 2007-ci ilin may ayının 12-14-də Bakıda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunınuş «Müəllim hazırlama siyasəti və problemləri» Beynəlxalq Elmi Konfransı xüsusi qeyd etmək lazımdır. Türkiyənin, Şimali Kipr Türk Respublikasının, Almaniyanın, Qırğızıstanın, Amerikanın 29 universitetindən 175 tədqiqatçının və Azərbaycanın 21 ali məktəbindən çox saylı nümayəndələrin iştirak etdiyi həmin konfransda 11 bölmə üzrə 300-dən artıq məruzə dinlənilmişdir. Konfransın materialları Türkiyədə 2 cilddə toplu halında nəfis şəkildə çap edilmişdir.
Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının üzvü olan ADPU 2009-cu ildən Avropa Müəllim Hazırlığı Birliyinə üzv seçil-mişdir. Universitetimizdə BMT-nin İnkişaf Proqramı, ADPU və Lider Qadın ictimai Birliyi tərəfindən Gender Təhsili Araşdırına Mərkəzi, UNICEF tərəfindən isə «Müasir təlim texnologiyaları, təlim və resurs mərkəzi» təşkil edilmişdir.
Bütün bunlar Azərbaycan Dövlət Pedaqoji Universitetində elmin və təhsi-lin inkişafmm real göstəriciləridir. Azərbaycan Dövlət Pedaqoji Universite-tində aparılan islahatlara ən yüksək qiymət ali məktəbimizin 85 illik yubileyi ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən verilmişdir. Prezidentin 26 dekabr 2006-cı il tarixli Sərəncamı ilə 2 nəfərə «Şöhrət» ordeni, 16 nəfərə «Tərəqqi» medalı, 2 nəfərə Əməkdar elm xadimi, 19 nəfərə Əməkdar müəllim fəxri adı və 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Yubileydən sonra 2 nəfərə «Şöhrət» ordeni, 1 nəfə-rə Əməkdar elm xadimi, 1 nəfərə Əməkdar Mədəniyyət işçisi, 1 nəfərə Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı, 2 nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir.
Universitetimizin 2 nəfər professoru AMEA-nın müxbir üzvü, 1 nəfər professoru isə Rusiya Təhsil Akademiyasının əcnəbi üzvüdür.
Fəaliyyəti dövründə ADPU təkcə respublikamız üçün deyil, Gürcüstan, Erınənistan, Mərkəzi Asiya respublikaları, Bolqarıstan və b. ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlamış, son illərdə ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Türkiyə, İran və Yəmən Ərəb Respublikasının ali pedaqoji təhsil ocaqları, elm mərkəzləri ilə ildən-ilə genişlənən əməkdaşlığa başlamışdır.
Pedaqoji Universitet Azərbaycanda elmin və təhsilin inkişafına dəyərli töhfələr verən çoxsaylı alimlər hazırlamış, fəaliyyəti ərzində elmi mərkəz kimi forınalaşıb inkişaf etmişdir. Bu ali təhsil və elm məbədində pedaqogika və psixologiya (Ə.Y.Seyidov, M.M.Mehdizadə, Ə.K.Zəkuzadə, M.Ə.Muradxanov, Ş.S.Ağayev, H.M.Əhmədov, Ə.Ə.Əlizadə), riyaziyyat (M.R.Əfəndiyev, M.Ə.Cavadov, İ.İ.İbrahimov, M.H.Cavadov), fızika (A.Q.Abbaszadə, S.Ş.İmanov, M.İ.Murquzov), kimya (H.Şaxtaxtinski, Ş.Ə.Məmmədov, A.Ə.Verdizadə), biologiya (Z.M.Şahtaxtinskaya, A.İ.Qarayev), tarix (Z.İ.İb-rahimov, Y.B.Yusifov), fılologiya (B.V.Çobanzadə, M.Ş.Şirəliyev, Ə.M.Də-mirçizadə, M.H.Rəfıli, Ə.R.Sultanlı, H.M.Araslı, F.S.Qasımzadə, A.M.Qur-banov, H.İ.Mirzəyev), fəlsəfə (H.İ.Hüseynov) və başqa sahələr üzrə elmi məktəblər və istiqamətlər yaradılıb inkişaf etdirilmişdir.
Xalqımızın fəxr etdiyi yüzlərlə tanınınış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışlar. Universitetin məzunlarından Y.Məmmədəliyev, H.Hüseynov, Z.Xəlilov, H.Abdullayev, M.Rəsulov, Ə.Hüseynov, İ.Hüseynov, S.Rəhimov, Ş.Qurbanov, A.Qarayev, Ə.Sumbatzadə, M.Dadaşzadə, M.Cəfərov, İ.İbrahimov, M.Şirəliyev, İ.Şıxlı, H.Əmirxanov kimi tanınınış elm və mədəniyyət xadimləri çoxdan Xalqımızın elm və şöhrət simvollarına çevrilmişlər. Onların adları respublikamızm sərhədlərindən uzaqlarda keçirilən nüfuzlu elmi məclislərdə böyük iftixarla çəkilir. Fəxrlə qeyd etməliyəm ki, AMEA-ya rəhbərlik etmiş 9 nəfər prezidentlərdən 3 nəfəri (Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev) Pedaqoji Universitetin məzunlarıdır.
Sovet İttifaqı Qəhrəmanları - Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları - Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfərəliyev, Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, Azərbaycan Bayrağı ordenli Malik Bayramov, Mürşid Məmmədov igidlik, hünər, vətənpərvərlik rəmzi kimi xatırlanırlar. Onlar mərdlik və şücaətləri ilə bitirdikləri ali təhsil müəssisəsinin -ADPU-nun şərəfini uca tutmuş, on minlərlə insana örnək və tər-biyə nümunəsi olmuşlar. Bu günlərdə ADPU-nun 90 illik tarixinin yeni-yeni səhifələri yazılır. Universitet kollektivi Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini birınənalı olaraq dəstəkləyir, ona dayaq olmağı özlərinə borc bilir, Azərbaycan təhsili qarşısında qoyduğu tələblərə və eləcə də təhsil işçilərinə diqqət və qayğısına cavab olaraq elmdə və təhsildə daha böyük uğurlar qazanınaq üçün gərgin yaradıcılıq axtarışlarını inamla davam etdirir, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik müəllim kadrları hazırlamaq işini özlərinin ən ümdə məqsəd və vəzifəsi bilirlər.

Mənbə:www.adpu.edu.az

2013/2014 tədris ilində yeni keyfiyyətli testlər tərtib olunmalıdır!

.
Tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlər yeni test tiplərindən istifadə edəcəklər
Etibar Axundov, VTS-TEST sisteminin müəllifi
21.10.2013. Keçən şənbə günü (19 oktyabr 2013 tarixində) böyük akt zalında universitetin fakültə dekanlarının, kafedra müdirlərinin, VTS-TEST sisteminin istismar qrup rəhbərlərinin iştirakı ilə 2013/2014 tədris ilində VTS-TEST sisteminin istismarında yeniliklərlə bağlı geniş yığıncaq keçirilmişdir. ADPU-nun rektoru, professor Yusif Məmmədov bu dəyişikliklərin nədən ibarət olması haqda ətraflı çıxış etdi...
Hörmətli Rektorumuz, professor Yusif müəllim öz çıxışında, VTS-TEST sisteminin 6 illik istismarı dövründə əldə olunan müsbət nəticələrlə və eyni zamanda imtahan test suallarının keyfiyyətsizliyi nəticəsində, tələbələrdə əzbərçilik tendensiyasının artması təhlükəsindən danışdı. Bu təhlükəli tendensiyanın qarşısını almaq, tədrisin keyfiyyətini yüksəltmək üçün aşağıdakı addımların atılmasını zəruri hesab etdi:
  1. Müəllimlər tərəfindən tərtib olunan bütün testlər Fənn Tədris Proqramlarına uyğun olmalı, mövzular üzrə yazılmalı, mövzuları tam əhatə etməli və tədris saatları üzrə təqribən bərabər paylanmalıdır.
  2. 1 tədris saatına (45 dəq.) ən azı 10 test hazırlanmalıdır.
  3. Test sualları 4 tip üzrə tərtib olunmalı və hər tip üzrə testlərin sayı təqribən bərabər paylanmalıdır.
  4. 2013/2014 tədris ilində istifadə olunacaq test tipləri aşağıdakılardır:
    • T1 - Trivial testlər;
    • T2 - Çoxseçimli testlər;
    • T3 - Ardıcıl (xronoloji) testlər;
    • T4 - Uyğunluq testləri.