12/23/2013

2013/2014 tədris ilində yeni keyfiyyətli testlər tərtib olunmalıdır!

.
Tədrisin keyfiyyətini yüksəltmək üçün müəllimlər yeni test tiplərindən istifadə edəcəklər
Etibar Axundov, VTS-TEST sisteminin müəllifi
21.10.2013. Keçən şənbə günü (19 oktyabr 2013 tarixində) böyük akt zalında universitetin fakültə dekanlarının, kafedra müdirlərinin, VTS-TEST sisteminin istismar qrup rəhbərlərinin iştirakı ilə 2013/2014 tədris ilində VTS-TEST sisteminin istismarında yeniliklərlə bağlı geniş yığıncaq keçirilmişdir. ADPU-nun rektoru, professor Yusif Məmmədov bu dəyişikliklərin nədən ibarət olması haqda ətraflı çıxış etdi...
Hörmətli Rektorumuz, professor Yusif müəllim öz çıxışında, VTS-TEST sisteminin 6 illik istismarı dövründə əldə olunan müsbət nəticələrlə və eyni zamanda imtahan test suallarının keyfiyyətsizliyi nəticəsində, tələbələrdə əzbərçilik tendensiyasının artması təhlükəsindən danışdı. Bu təhlükəli tendensiyanın qarşısını almaq, tədrisin keyfiyyətini yüksəltmək üçün aşağıdakı addımların atılmasını zəruri hesab etdi:
  1. Müəllimlər tərəfindən tərtib olunan bütün testlər Fənn Tədris Proqramlarına uyğun olmalı, mövzular üzrə yazılmalı, mövzuları tam əhatə etməli və tədris saatları üzrə təqribən bərabər paylanmalıdır.
  2. 1 tədris saatına (45 dəq.) ən azı 10 test hazırlanmalıdır.
  3. Test sualları 4 tip üzrə tərtib olunmalı və hər tip üzrə testlərin sayı təqribən bərabər paylanmalıdır.
  4. 2013/2014 tədris ilində istifadə olunacaq test tipləri aşağıdakılardır:
    • T1 - Trivial testlər;
    • T2 - Çoxseçimli testlər;
    • T3 - Ardıcıl (xronoloji) testlər;
    • T4 - Uyğunluq testləri.

Hiç yorum yok:

Yorum Gönder