4/12/2014

Ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun 11 dekabr 2013-cü il tarixli, 914 № saylı əmrinin icrasıla bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru prof. Y.Ə.Məmmədovun əmri

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
ƏMR    № № 3/338

Bakı şəhəri   26/12/2013-ci il

Azərbaycan Respublikası Təhsil Nazirinin
“Imtahan sessiyasının təşkili və keçirilməsi barədə”
11 dekabr 2013-cü il tarixli , 914 nömrəli 
əmrini elan edirəm

Ali və orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını
(bundan sonra imtahan sessiyası) mövcud qaydalara  uyğun təşkil etmək,
tələbələrin biliyinin qiymətləndirməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə
ƏMR EDİRƏM:

1. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:
  • imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər;
  • rəhbərlik etdikləri təhsili müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər;
  • imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaratsınlar;
  • imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsunlər;
  • nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək  hər bir neqativ hala görə  məsuliyyət daşıyırlar;
  • imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versinlər.
2. Təhsil nazirinin müşavirləri (İ.Pirməmmədov və E.Hüseynov),Aparat rəhbərinin müavini (M.Eynullayev), Elm və orta ixtisas təhsili (G.Hüseynova) və Daxili nəzarət (K.Quliyev) şöbələrinə tapşırılsın:
  • imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallara bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar;
  • ali və orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.
3. Nazirliyin informasiya şöbəsinin müdiri müavini QNT və KİV-lə iş sektorunun müdiri (C.Valehov) Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinin fəaliyyəti və imtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə müntəzəm olaraq məlumat verilməsini təmin etsin.
4. Əmr «Azərbaycan müəllimi» qəzetində dərc edilsin və nazirliyin internet saytında yerləşdirilsin.
5. Əmrin icrasına nəzarəti öz üzərimə götütürəm.
Əsas: Elm, ali və orta ixtisas təhsili şöbəsinin 2013-cü il üçün iş planı
Mikayıl Cabbarov,
Azərbaycan  Respublikasının təhsil naziri

Bu əmrdən irəli gələn vəzifələrin  icrasını təmin etmək məqsədilə
ƏMR   EDİRƏM:

Azərbaycan Dövlət Pedaqoji Universiteti  üzrə 3/327 nömrəli 20.12.2013-cü il tarixli əmr qismən dəyişiklik və  əlavələr edilməklə aşagıdakı kimi oxunsun :
I. İmtahan sessiyasının  və akademik borcların ləğvi prosesinin  mövcud normativ sənədlər əsasında təşkil olunması tədris işləri üzrə prorektor prof.M.S.Cəbrayılova və  tədris-metodika şöbəsinin müdiri  dos. N.M.Hacıyevə tapşırılsın.
II. 2013/2014-cü tədris ilinin qış imtahan sessiyasında, həmçinin akademik borcların ləğvində  tələbələrin biliyinin  qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təklifləri operativ araşdırmaq və yol verilən nöqsanları vaxtında aradan qaldırmaq məqsədilə aşağıdakı tərkibdə imtahan qərargahı  yaradılsın:
  1. Eyvazov Edil Əli oğlu - “Mexanika və molekulyar fizika” kafedrasının müdiri, professor-sədr 
  2. Rzayev Rəhim Mikayıl  oğlu - “Funksiyalar nəzəriyyəsi” kafedrasının müdiri, professor-sədr müavini  
  3. Həsənova Laçın Xalid qızı - Universitetin Elmi katibi,  dosent-üzv 
  4. Əliyev Ramiz İbrahim oğlu - “Ümumi psixologiya” kafedrasının  müdiri, professor- üzv 
  5. İsayev İramin Namaz  oğlu - “Ümumi pedaqogika” kafedrasının müdir əvəzi, professor - üzv 
  6. Tanrıverdiyev Əzizxan Vəli oğlu - “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının müdiri, professor -üzv
  7. Əliyev Rəcəb Əhməd oğlu - “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının  müdiri,  dosent -üzv 
  8. Uluxanlı Nurəddin Dostuməli oğlu - Əcnəbi tələbələrin işi üzrə fakültə dekanı, dosent-üzv 
  9. Yusifova Anaxanım Əmralı qızı - “Botanika” kafedrasının müdiri,  dosent –üzv 
  10. Alıyeva Gülçöhrə Babaəli qızı - “Xarici dillər” kafedrasının müdiri, dosent –üzv 
  11. Sərdarlı Azər Mədət oğlu - Beynəlxalq əlaqələr şöbəsinin müdiri,  dosent-katib
III. Universitetin Ü.Hacıbəyli 68 ünvandakı  əsas  binasının  II mərtəbəsində 204  nömrəli  otaq  imtahan qərargahı üçün ayrılsın və müvafiq şəraitin yaradılması inzibati-təsərrüfat işləri üzrə prorektor S.Ə.Hüseynova tapşırılsın.
IV. İmtahan qərargahının  əlaqə  telefonlarının (012) 408-30-29, (012) 498-17-94  və ünvanının universitetin internet saytında yerləşdirilməsi,  tələbələrə və ictimaiyyətə çatdırılması kompyuter mərkəzinin direktoru dos. İ.B.Əhmədova, fakültə dekanlarına və mətbuat-informasiya şöbəsinin müdiri M.Q.İbrahimliyə tapşırılsın.
V. İmtahan sessiyasının gedişi barədə kütləvi informasiya vasitələrinə məlumat verilməsi tərbiyə işləri üzrə prorektor prof.R.M.Baxşəliyevə və mətbuat-informasiya şöbəsinin müdiri M.Q.İbrahimliyə  tapşırılsın.
VI. Fakültə dekanlarının nəzərinə çatdırılsın ki, rəhbərlik etdikləri fakültədə baş verə biləcək  hər bir neqativ hala görə  məsuliyyət daşıyırlar.
VII. Əmrin universitetin internet saytında yerləşdirilməsi kompyuter mərkəzinin direktoru dos.İ.B.Əhmədova tapşırılsın.
VIII. Imtahan sessiyasında  şəffaflığı təmin etmək üçün imtahanlarda valideynlərin iştirakının təmin edilməsi tərbiyə işləri üzrə prorektor prof.R.M.Baxşəliyevə tapşırılsın. 
IX. Fakültə dekanlarına tapşırılsın ki, fakültə üzrə imtahanlar başa catdıqdan sonra qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə  5 gün müddətinə rektorluğa ətraflı məlumat versinlər.
X. Qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Azərbaycan Respublikası Təhsil Nazirliyinə yekun hesabat verilsin.        
XI. Əmrin icrasına nəzarət tədris işləri üzrə prorektor, prof. M.S.Cəbrayılova həvalə edilsin.
XII. Əmrin surətinin prorektorlara, tədris-metodika şöbəsinə, magistratura və doktrantura şöbəsinə, fakültə dekanlıqlarına, imtahan qərargahının  üzvlərinə və digər struktur bölmələrə çatdırılması  dəftərxana   müdiri   X.İ. Əliyevaya tapşırılsın.
Əsas:  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.12.2013-ci il tarixli 914 nömrəli   əmri.
Rektor:   AMEA-nın müxbir üzvü, prof.Y.Ə.Məmmədov
Əmri hazırladı: 

Tədris-metodika şöbəsinin müdiri,dos.N.M.Hacıyev__________________ 
 Razılaşdırılıb:
Tədris işləri üzrə prorektor,
prof.M.S.Cəbrayılov___________                     
Baş hüquqşünas:
Z.S.Nağıyev __________________  

Hiç yorum yok:

Yorum Gönder