5/24/2013

Böyük insanlar,şəxsiyyətlər

1.Antonen Arto

2.Nizami Gəncəvi

3.Napaleon Bonapart və qarovulçu

4.Təbrizdən doğan günəş

5.Tarixi dəyişdirən uğursuzluq

6.Xaricdə yatan milyonlar - Ağa Musa Nağıyev

Mənbə: kayzen.az

5/17/2013

Azərbaycan Dövlət Pedaqoji Universiteti


Azərbaycan Dövlət Pedaqoji Universiteti

Image
ADPU
Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — Azərbaycan Respublikasınin Təhsil  Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi
Respublikamızın qocaman ali təhsil ocaqlarından olan N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti 1921-ci ildə yaradılmışdır. Onun ilk buraxılışı 1923/24-cü tədris ilində olmuşdur. ADPU indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlamışdır. Hazırda universitetdə aşağıdakı ixtisaslar üzrə müəllim və tərbiyəçi kadrları hazırlayan 10 fakültə və 55 kafedra fəaliyyət göstərir:
  1. Azərbaycan dili və ədəbiyyatı; (əyani, qiyabi, Azərbaycan bölməsi)
  2. Tarix (əyani, qiyabi, Azərbaycan və rus bölmələri)
  3. Riyaziyyat (əyani, qiyabi, Azərbaycan və rus bölmələri)
  4. Kimya (əyani, Azərbaycan bölməsi)
  5. Biologiya (əyani, qiyabi, Azərbaycan və rus bölmələri)
  6. Fizika (əyani, Azərbaycan bölməsi)
  7. Coğrafiya (əyani, qiyabi, Azərbaycan bölməsi)
  8. Peşə təlimi (əyani, qiyabi, Azərbaycan bölməsi)
  9. Musiqi təhsili (əyani, Azərbaycan bölməsi
  10. Təsviri incəsənət və rəsmxət (əyani, Azərbaycan bölməsi)
  11. Defektologiya (əyani, Azərbaycan bölməsi)
  12. İlkin hərbi və fiziki təlim (əyani, Azərbaycan bölməsi)
  13. İbtidai təhsilin pedaqogikası və metodikası (əyani, qiyabi, Azərbaycan və rus bölmələri)
  14. Məktəbəqədər təhsilin pedaqogikası və metodikası (əyani, qiyabi, Azərbaycan bölməsi)
Universitetdə 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru, professor, 329 nəfəri elmlər namizədi, dosentdir. Universitetdə müxtəlif Elmlər Akademiyalarının 4 nəfər üzvü fəaliyyət göstərir.
Hazırda universitetin əyani və qiyabi şöbələrində 7 minədək tələbə təhsil alır. ADPU ölkəmizdə elmin, mədəniyyətin, incəsənətin və ədəbiyyatın tərəqqisində samballı xidmətləri olan S.Vurğun, S.Rüstəm, M.Müşfiq, Y.Məmmədəliyev, Z.Xəlilov, Ş.Qurbanov kimi məzunları ilə fəxr edir. Universitetin “İlkin hərbi və fiziki təlim” fakültəsi hərbi rəhbərlər və zabitlər hazırlayır.
ADPU-da 700 min nüsxədən ibarət kitab fondu olan kitabxana, qiraət zalları, hesablama-kompüter mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi xidmət mərkəzi və s. fəaliyyət göstərir. Universitetin Şamaxı və Şuşa filiallarında da təhsil sistemimiz üçün kadr hazırlığı aparılır. Məzunlara Təhsil Nazirliyinin təqdim etdiyi təhsil işçilərinə tələbat bölgüsü əsasında təyinat verilir.

Elektron Kitabxana

İqtisadiyyat (10)...

Psixologiya (10)...